“GeoLand” MMC-nin əsas fəaliyyəti Geodeziya-Topoqrafiya, Rəqəmli kartoqrafiya, Coğrafi İnformasiya Sistemləri, Fotoqrammetriya, Pilotsuz Uçan Aparatlar və s. üzrə xidmətlərin göstərilməsi və bu sahədə məhsulların hazırlanmasından ibarətdir. Şirkət həmçinin bir neçə geodeziya avadanlığı istehsalçılarının (vendorların) Azərbaycanda rəsmi təmsilçisidir. Şirkət öz müştərilərinə geodeziya üzrə texnoloji həllər, havadan foto-video çəkiliş materialları, müxtəlif növ rəqəmli xəritələr, 3-ölçülü fotorealistik (virtual) modellər və s. kimi hazır məhsullar təklif edir. Yarandığı dövrdən etibarən "Geoland" MMC ayrı-ayrı dövlət təşkilatlarının, yerli və xarici kompaniyaların və fiziki şəxslərin müraciətləri əsasında çoxsaylı uğurlu layihələr həyata keçirmiş, maliyyə cəhətdən dayanıqlı olmaqla, yerinə yetirlmiş işlərin yüksək keyfiyyəti, operativliyi, beynəlxalq layihələrin həyata keçirilməsi üzrə təcrübəsi və müştərilərə həssas münasibətinə görə qısa zaman ərzində lider kompaniyalardan birinə çevrilmişdir.
Pilotsuz uçuş aparatları vasitəsilə aerofoto və videoçəkilişlərin həyata keçirilməsi
Geodeziya və topoqrafiya ölçmələri
Relyefin Rəqəmsal Modelinin hazırlanması
Rəqəmsal xəritələrin hazırlanması, CİS əsaslı həllər
Batimetrik ölçmələr və sualtı relyefin xəritələşdirilməsi
Geoloji tədqiqatlar